Kitabxanam: Henri Ford — Mənim həyatım, mənim nəaliyyətlərim

Mford2artın ikinci kitabını seçmək üçün çox əziyyət çəkdim və nəticədə qərara gəldim ki, bu dəfə ABŞ avtomobil sənayəsinin atası, konveyer üsullu istehsalatın banisi Henri Fordun «Mənim həyatım, Mənim nəaliyyətlərim» kitabını nəzərdən keçirim. Əvvəldən deyim ki, heç təəsüflənmədim və təəsüratlarımı aşağıda qeyd etmişəm. Continue reading

Kitabxanam: Coşqun Kərimov — KVAN

kvanİlk dəfə olaraq #BookChallenge-də bir Azərbaycanlının öz doğma dilimizdə yazdığı bir kitabı oxudum və çox sevincliyəm. Mənim sevincim bir vətəndaşın dolmanın ya lavaşın bizim olmasını sübut edəndə keçirdiyi sevincdən deyil. Yox, bu sevinc bir başqa sevincdir və əsas səbəbi odur ki, müəllifin dili ilə desək, «Əcəmidə qalan bir oğlan» ölkə səviyyəsini aşan, minimul regional səviyyədə əhəmiyyətli bir kitab yazıb. Lakin gələn hər şeyi öz sıasıyla izah edim. Continue reading

Kitabxanam: Skot Jurek — Qaç və Qidalan


360_10q_jurek_0723
2014-cü ildə İshak Pintoseviçin təlimindən qayıdandan sonra limitlərimi aşmışdım. Elə çaşmışdım ki, hətta mənə isti-soyuğu olmayan bir idman, marafon qaçışı ilə bağlı özümə məqsəd qoydum və gələcək Olimpiya oyunlarında Azərbaycanı o sahədə təmsil etmək istəyirdim. Bunu ilk və yeganə danışdığım insan Tamerlan bu etirafımı eşidib yagin ki, tibbi yardım çağırmaq istəyirdi. Sonra nəsə fikrim qarışdı və bu fikir yadımdan çıxdı. Ta ki, bu kitab əlimə düşmədi.

Continue reading

Kitabxanam: Daniel Kiz — Elcernon üçün çiçəklər

56a8a39842161.560db13a5230c

Fevral ayının birinci kitab resenziyasında mən ilk dəfə olaraq fərdi inkişaf yox, bədii ədəbiyyatdan kitab seçdim və indidən deyim ki, heç də peşman deyiləm. Uşaq vaxtından bədii ədəbiyyatı «çayla içən» bir gənc olaraq bu kitabın adını ilk dəfə eşidəndə təəcübləndim. Məhşur bir kitab saytında «bütün zamanların ən yaxşı kitabları» sırasında bu əsəri ilk onluqda görəndə mənim təəcübüm daha da çox artdı. Oxudum və bu kitabı bir sözlə ifadə edə bilsəm o söz «möhtəşəm» sözü olar. Continue reading

Kitabxanam: A.Ş.İzgören — Şu hortumlu dünyada fil sadece bir hayvandır

fil1Book Challenge çərçivəsində 3 həftə kitab seçmək kifayət qədər çətin oldu. 2 kitabı başladım, lakin nəyəsə görə bir az oxuyandan sonra başını buraxdım. Sonra ağlıma müəllimim İzgörən düşdü və düşündüm ki, bu layihə çərçivəsində onun da kitabları olmalıdır. Bu kitabla mən əslində daha tez tanış olmalıydım — təsəvvür edin ki, bu kitabı iki dostuma hədiyyə etmişəm, lakin nəyəsə görə hələ oxumaq qisməy deyil idi. İndi isə qismət oldu. Di getdkik! Continue reading