Kitabxanam: Piter Quber — Qalib gəlmək üçün hekayəni danış

talk6BookChallenge başlayandan mənim ən çox çətinlik çəkdiyim işlərdən birisi oxumağa kitab tapmaqdır. Səbəb olaraq onu qeyd edə bilərəm ki, oxumaq istədiyim kitablar barədə çox seçiciyəm və oxucularımı ən yaxşı kitablarla təmin etmək istəyirəm. Bu dəfə danışacağım kitab bir çoxlarınız üçün bir ilkdir, müəllifi barədə çətin ki, eşidəsiniz və kitabın adı Sizə bir məlumat vermir. Mən bu kitabı necəsə təxminən 1 il bundan əvvəl almışdım, «təsadüfən» və keçən həfət oxumağa kitab axtaranda qarşıma bu çıxdı. Çarəsizlikdən seçdiyim kitab əslində bu il oxuduğum ən praktik kitablardan birisinə çevrildi. Ruslar demiş, «обо всем по порядку». Continue reading