Gəlin səmimi olaq

12798890_10153828544472900_4295628643030090328_nBir təklifim var. Gəlin səmimi olaq. TV-də, məcburi söhbətlərdə, universitet müəllimləri və ya sevmədiyiniz iş (iş yoldaşları) ilə olduğunuz «səmimi»-dən yox.

Gəlin səmimi olaq. Özümüzlə tək olanda, heç kimin bizi görmədiyi, eşitmədiyi, fikir vermədiyi hallarda olan kimi səmimi olaq.

Bu yazıda Sizə və Özümə bəzi suallar verəcəm

Gəlin səmimi olaq. Bir həyatımıza baxaq, əgər ona həyat demək olarsa. Son dəfə nə zaman son dəfə ürəkdən gülmüsünüz? Son dəfə nə zaman «belə günlərdən çox olsun», «necə zor bir gün idi, ala» demisiniz? Nə zaman son dəfə gününüzü sırf özünüzə ayırmısınız və özünüzü dinləməyə çalışmısınız? Nə zaman gününüzü sırf insanlara kömək üçün ayırmısınız? Nə zaman son dəfə özünüzü çox yararlı hiss etmisiniz? Səmimi olaq gəlin, səmimi. Continue reading

Könüllü allmag üçün 3 səbəb

vol4Qayıdışdan sonra yazdığım ikinci yazının mövzusu barədə kifayət qədər düşündüm və qərara gəldim ki, könüllülükdən yazım. Deyir aldı əlinə sazı, görək nə dedi.

Belə baxanda cəmiyyətdə könüllü işinə yanaşma birmənalı deyil. Bələ ki, bəziləri onlara Nardaranda şortikli oğlanlara olan baxış tərzindən də pis yanaşırlar. Bilirsiniz ,”Nə iş görüsən?” sualına “Könüllü işləyirəm” deyəndə, cavab verən şəxsin ilk olaraq harasına baxırlar? (düşünün..1…2…3). Alnına. Niyə? Bir axreoloq kimi orada yazılan “lox, çmo, bəxbəxt, boş-bekar” sözlərini tapmaq üçün.

“İnsan olan hər bir yerdə yaxşılıq etmək üçün imkan var”

Seneka Continue reading