XXI əsrdə Qurbanəli bəyin davamçıları…

Paylaş!

Günlərin birində qərara gəldik ki, Gənclər Fəaliyyətinə Dəstək Mərkəzinə yeni qan cəlb edək. Çox düşünüb daşındıq və elanları göndərdik hər mümkün olan yerlərə. Və….başladı! Hər gün ərizələr gəlməyə başladı və bu düzünü desəm məni çox təəccübləndirmirdi, çünki Mərkəz axır aylarda kifayət qədər aktiv olub və öz ətrafında aktiv gəncləri toplayaraq qabağına qoyduğu məqsədlərə vaxt gəldi çatdı və deadline-dan sonra Əli Happy Day ilə başladıq ərizələri nəzərdən keçirməyə.

Mən indiyə kimi təəccüblənirəm ki, biz nə əcəb ürək ağrısından ölmədik bu an :))) Bir tərəfdən çox gülməli olsa da,  lakin çox təəssüfləndirici haldır. Sən demə bu gənclər heç CV, istək məktubu və ən sadə elektron ünvana məktub belə göndərə bilmirlər. Təsəvvür edin ki, yazıram ki, İŞ KÖNÜLLÜLÜK prinsipi əsasında olacaq, mənə sonra dəfələrlə yazırlar ki, “maaş nə qədərdir?” Yaxşı, eyibi yox,  bunu oxumayıblar, bəs qalanları???

Ən maraqlı və ağlamalı “case”-lər bunlardır :

— CV forması olmayanlar hansısa saytdan bunu endirib, sonra verilən şablonun üstünə öz məlumatlarını qeyd edib, sənədin adını dəyişməyi unudurlar, məsələn  —  ( cv_mobilaz.ws)

— CV sözünün əvəzinə hardansa ANKET sözü çıxır mətnin əvvəlində

— ən sadə qramatik səhvlər edirlər : kOriyera, vOkansiya və s.

— istək məktubu yazırlar və bu istək məktubu sadəcə bir cümlədən ibarət olur ( şəkildəki kimi )

Bu siyahını səhərə kimi davam etdirə bilərəm və bu qarşılaşdığım halları gülmək üçün qeyd etmədim…. sadəcə olduğumuz halın necə acınacaqlı olduğunda yenə əmin oldum!

Bu qədər biz çalışırıq, gənclərlə  işləyirik, guya ki maarifləndiririk, amma nə xeyiri? Belə hallarla rastlaşanda mən yenə də o fikrə gəlirəm ki, biz hələ yolun lap əvvəlindəyik. Bir qrup gənc aktivdir, bunu heç kim şübhə etmir, bəs qalanı?

Neçə ildir gənclərlə iş sferasında işləyirəm və demək olar ki, eyni gənclər kontingenti “bu tədbir sənin, bu tədbir mənim ” prinsipi ilə hər yerdə görsənir. İstək məktublarında bir cümlə mənim diqqətimi əməlli başlı cəlb etdi. Bir xanım “niyə mən bu vakansiyaya ərizə göndərirəm?” sualına belə cavab verdi : ” Universtitet – ev, ev -universtitet yaşayış prinsipini dəyişmək istəyirəm!”. Görün bu cümlədə nə qədər məna var?! Təsəvvür edin ki, gənc, potensiallı, aktiv, enerjili bir şəxs öz potensialını belə yandırır…..

 

 

P.S  Yaxşı ki, heç olmasa TEN kimi lahiyələr var ki, yeni potensiallı gəncləri görürəm. Onlara baxanda o fikrə gəlirəm ki, hələ də ümid var :)

Şərhlər

şərhlər

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *